May 25, 2026

ILN, EHRAC, CPJ və CFJ “Mammadli Azərbaycana qarşı” işi qrupu üzrə Avropa Şurasının Nazirlər Komitəsinə 9.2-ci Qayda üzrə yeni təqdimat göndərib

Müstəqil Hüquqşünaslar Şəbəkəsi (ILN), Avropa İnsan Hüquqlarını Müdafiə Mərkəzi (EHRAC), Jurnalistləri Müdafiə Komitəsi (CPJ) və Kluni Ədalət Fondu (CFJ) Avropa Şurası Nazirlər Komitəsinə “Məmmədli Azərbaycana qarşı” (ərizə № 47145/14) işi qrupu üzrə Avropa İnsan Hüquqları Məhkəməsi qərarlarının icrası ilə bağlı 9.2-ci Qayda üzrə yeni təqdimat göndərib.

Təqdimat Nazirlər Komitəsinin 9-11 iyun 2026-cı il tarixli insan hüquqları üzrə iclasında baxılması üçün göndərilib.

Təqdimatda Nazirlər Komitəsinin “Məmmədli Azərbaycana qarşı” işi qrupu kontekstində Azərbaycanda davam edən siyasi motivli cinayət təqiblərinə diqqət çəkilir və xüsusilə aşağıdakı məsələlər vurğulanır:

  • 2023-cü ildən başlayaraq jurnalistlərin də hakimiyyəti tənqid edən şəxslər və insan hüquqları müdafiəçiləri ilə yanaşı bu siyasi motivli cinayət təqiblərinin hədəfinə çevrilməsinin əhəmiyyətli təsirləri və bu təqiblərin xüsusilə 2025-ci ildən etibarən daha da genişlənməsi;
  • 2023-cü ildən jurnalistlərin də siyasi motivli cinayət təqiblərinin hədəfinə çevrilməsi, xüsusilə 2025-ci ildən bu təqiblərin ifadə azadlığına və müstəqil mediaya ciddi mənfi təsirlərinin genişlənməsi;
  • Azərbaycan məhkəmələrinin son işlərdə cinayət qanunvericiliyindən sui-istifadə hallarını gizlətmək məqsədilə tətbiq etdiyi praktika;
  • transmilli repressiya vasitələrindən yeni siyasi təqib aləti kimi istifadə praktikası.

Məmmədli Azərbaycana qarşı” işi qrupu üzrə Avropa İnsan Hüquqları Məhkəməsi Avropa Konvensiyasının 5-ci və 18-ci maddələrinin pozuntusunu müəyyən edib. Nazirlər Komitəsi isə həmin işlərdə tənqidçilər, vətəndaş cəmiyyəti fəalları və insan hüquqları müdafiəçilərinə qarşı cinayət qanunvericiliyindən qisas xarakterli vasitə kimi istifadə olunması, eləcə də hüququn aliliyinə zidd qanunsuz həbslər və saxlanılmalarla bağlı ciddi narahatlığını ifadə edib. Bununla əlaqədar Nazirlər Komitəsi siyasi motivli cinayət təqiblərinə və cinayət qanunvericiliyindən sui-istifadəyə son qoyulmasının, ərizəçilərin cinayət hökmlərinin ləğvinin, qanunsuz həbslər praktikasının aradan qaldırılmasının və bu cür hallara qarşı vahid məhkəmə təcrübəsinin formalaşdırılmasının vacibliyini vurğulayıb.

Təqdimatda aşağıdakı əsas tövsiyələr irəli sürülür:

  • Avropa Şurasına üzv dövlətlərin Azərbaycan hakimiyyəti ilə diplomatik təmasları gücləndirməsi və davam edən açıq məhkəmə proseslərini daha yaxından izləməsi;
  • Nazirlər Komitəsinin “Məmmədli Azərbaycana qarşı” işi qrupu üzrə nəzarət proseduru çərçivəsində Azərbaycan hakimiyyətinin əməkdaşlıq etməməsi, eləcə də davam edən siyasi motivli cinayət təqibləri ilə bağlı ciddi narahatlığını ifadə etməsi;
  • Avropa İnsan Hüquqları Konvensiyası sistemi çərçivəsində əlavə tədbirlərin, o cümlədən 2026-cı il ərzində Konvensiyanın 52-ci maddəsi və 46-cı maddəsinin 4-cü bəndi üzrə prosedurların tətbiqi imkanının nəzərdən keçirilməsi.

Daha ətraflı burada


Discover more from ILN

Subscribe to get the latest posts sent to your email.