Müstəqil Hüquqşünaslar Şəbəkəsi Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun 2026–2028 dövrü üçün deleqat üzv seçilib
Müstəqil Hüquqşünaslar Şəbəkəsi (MHŞ) 2026–2028 dövrü üçün Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platforması üzrə nümayəndə (deleqat) təşkilat kimi seçilmişdir və bununla da Şərq Tərəfdaşlığı regionunda insan hüquqlarının, hüququn aliliyinin və demokratik hesabatlılığın təşviqi istiqamətində fəaliyyət göstərən regional vətəndaş cəmiyyəti təşkilatları şəbəkəsinə qoşulmuşdur.
Nümayəndə qismində MHŞ Azərbaycan vətəndaş cəmiyyətinin ictimai vəkillik imkanlarının gücləndirilməsinə, Avropa İttifaqı institutları ilə daha sıx əməkdaşlığa, eləcə də Azərbaycanda hüququn aliliyi və vətəndaş cəmiyyəti məkanı ilə bağlı cari vəziyyət haqqında mütəmadi sektor üzrə yeniliklərin təqdim edilməsinə töhfə verməyi hədəfləyir. Bu iştirak vasitəsilə MHŞ Azərbaycan vətəndaş cəmiyyəti ilə Aİ-nın maraqlı tərəfləri arasında sübutlara əsaslanan dialoqu dəstəkləməyi və müstəqil vətəndaş cəmiyyəti aktorlarına təsir edən insan hüquqları və hüquqi sahədə baş verən hadisələrin daha çox müzakirə edilməsini qarşısına məqsəd qoyur.
MH-nin iştirakı xüsusilə vətəndaş cəmiyyəti təşkilatları arasında peşəkar dialoqun, beynəlxalq hüquqi standartların təşviq edilməsinə, eləcə də vətəndaş cəmiyyəti məkanı, ədalətə çıxış və hüquq peşəsinin qorunması ilə bağlı müzakirələrə töhfə verməyə yönələcək. MHŞ həmçinin vətəndaş cəmiyyəti və müstəqil media nümayəndələrinə qarşı davam edən təqiblərin mənfi nəticələrinə xüsusi diqqət yetirəcək.
2009-cu ildə yaradılmış Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrindən 1000-dən çox vətəndaş cəmiyyəti təşkilatını bir araya gətirir və vətəndaş cəmiyyətinin Şərq Tərəfdaşlığı siyasət çərçivəsində iştirakını təmin edən platforma rolunu oynayır.
Müstəqil Hüquqşünaslar Şəbəkəsi onun namizədliyini dəstəkləyən bütün tərəflərə səmimi minnətdarlığını bildirir və hərkəsə etimad və etibarlarına görə təşəkkür edir.
Discover more from ILN
Subscribe to get the latest posts sent to your email.