Bizim missiyamız
Bizim missiyamız əsas hüquq və azadlıqları effektiv şəkildə qoruyan, vətəndaş cəmiyyətini dəstəkləyən, hüququn aliliyinin gücləndirən möhkəm təməllər üzərində qurulmuş və təzyiqlərə dayanıqlı hüquqi müdafiə sistemi qurmaqdır.
Gücləndirmə
Praktiki təlimlər, strukturlaşdırılmış mentorluq, institusional dəstək və strateji əməkdaşlıqlar vasitəsilə hüquqşünasların və hüquqların müdafiəsi ilə məşğul olan institutların potensialının, müstəqilliyinin və dayanıqlılığının artırılması.
Müdafiə
Milli və beynəlxalq səviyyədə hüquqi müdafiə və strateji məhkəmə çəkişmələri ilə insan hüquqlarının müdafiəsinin gücləndirilməsi.
Hesabatlılıq
Sistemli insan hüquqları pozuntularının monitorinqi və sənədləşdirilməsi, strateji məhkəmə çəkişmələri və vəkillik fəaliyyəti vasitəsilə hüquqi bərpa və hesabatlılığın təşviqi, həmçinin gələcək keçid ədaləti təşəbbüsləri üçün sübutların qorunması.
Son xəbərlər
Azərbaycan: İnsan Hüquqları üzrə əsas Tendensiyalar (Yanvar-İyun 2026)
Müstəqil Hüquqşünaslar Şəbəkəsinin bu tematik monitorinqi göstərir ki, 2026-cı ilin ilk altı ayında Azərbaycanda insan hüquq və azadlıqlarının pisləşməsi tendensiyası sistematik və ardıcıl şəkildə davam edib.
Azərbaycan Qlobal İşgəncə İndeksinin ikinci nəşrində işgəncə üzrə yüksək risk qrupu ölkələr siyahısına daxil edilib
İşgəncəyə Qarşı Dünya Təşkilatı (World Organisation Against Torture - OMCT) 25 iyun 2026-cı il tarixində Qlobal İşgəncə İndeksinin ikinci nəşrini yayımlayıb. Bu nəşrdə indeksin əhatə dairəsi genişləndirilərək 39 ölkəni əhatə edib və Azərbaycan ilk dəfə qiymətləndirilən ölkələr sırasına daxil edilib.
“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna yeni dəyişikliklərin təhlili
Azərbaycan Respublikasında internetdə yayılması qadağan edilən informasiyanın hüquqi rejimi “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunla tənzimlənir. Qanun bəzi infomasiya növlərinin yayılmasını qadağan edir, İnzibati Xətalar Məcəlləsi (İXM) isə həmin məlumatların yayılmasına görə məsuliyyət müəyyən edir. 30 dekabr 2025-ci il tarixində bu Qanuna edilən dəyişikliklə internet informasiya ehtiyatlarında yayılması qadağan edilən məlumatların siyahısı daha da genişləndirilmiş, “ictimai mənəviyyatı təhqir edən” və “cəmiyyətə açıqca hörmətsizlik ifadə edən” məlumatlar ayrıca qadağan olunmuş informasiya növü kimi müəyyən edilmişdir.
ILN, EHRAC, CPJ və CFJ “Mammadli Azərbaycana qarşı” işi qrupu üzrə Avropa Şurasının Nazirlər Komitəsinə 9.2-ci Qayda üzrə yeni təqdimat göndərib
Müstəqil Hüquqşünaslar Şəbəkəsi (ILN), Avropa İnsan Hüquqlarını Müdafiə Mərkəzi (EHRAC), Jurnalistləri Müdafiə Komitəsi (CPJ) və Kluni Ədalət Fondu (CFJ) Avropa Şurası Nazirlər Komitəsinə “Məmmədli Azərbaycana qarşı” (ərizə № 47145/14) işi qrupu üzrə Avropa İnsan Hüquqları Məhkəməsi qərarlarının icrası ilə bağlı 9.2-ci Qayda üzrə yeni təqdimat göndərib.
ILN, EHRAC və The Law Society Namazov qrupu üzrə vəkillərin müstəqilliyi ilə bağlı Nazirlər Komitəsinə müraciət edib
Müstəqil Hüquqşünaslar Şəbəkəsi (ILN), Avropa İnsan Hüquqlarını Müdafiə Mərkəzi (EHRAC) və İngiltərə və Uels Hüquq Cəmiyyəti (the “Law Society”) Avropa Şurası Nazirlər Komitəsinin 9–11 iyun 2026-cı il tarixli insan hüquqları üzrə iclasında baxılması üçün Namazov Azərbaycana qarşı işi qrupu üzrə AİHM qərarlarının icrası ilə bağlı 9.2 - ci Qayda üzrə yeni təqdimat göndərib.
Vəkil Zabil Qəhrəmanovun həbs müddətinin uzadılması barədə bəyanat
Müstəqil Hüquqşünaslar Şəbəkəsi vəkil Zabil Qəhrəmanov barəsində həbs qətimkan tədbirinin müddətinin üçüncü dəfə, 2 ay müddətinə (23 iyul) qədər uzadılmasına dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 may 2026-cı il tarixli qərarını pisləyir.
Fəaliyyətlərimiz
Hüquqi Yardım
İnsan hüquqları pozuntuları ilə üzləşən fərdlərə və vətəndaş cəmiyyəti nümayəndələrinə pulsuz onlayn hüquqi məsləhətlər və dəstək.
Strateji Məhkəmə Çəkişmələri
Daha geniş hüquqi məsələlər qaldıran milli və beynəlxalq mexanizmlər qarşısında diqqətlə seçilmiş işlərin dəstəklənməsi.
Təlim və Mentorluq
Vəkillər, hüquqşünaslar və insan hüquqları müdafiəçiləri üçün təcrübəyə yönəlmiş təlim proqramları.
Müdafiəçilərin Müdafiəsi
Peşəkar təzyiq və ya risklərlə üzləşən vəkillərə və insan hüquqları müdafiəçilərinə dəstək.
İctimai Vəkillik
İnsan hüquqları və qanunun aliliyini təşviq etmək üçün milli və beynəlxalq səviyyələrdə dəlillərə əsaslanan vəkillik.
İcra Monitorinqi
Beynəlxalq və regional insan hüquqları orqanlarının qərarlarının icrasının monitorinqi.
Müstəqil Hüquqi Müdafiənin Gücləndirilməsi: MHŞ-nin Fəaliyyəti və Töhfəsi
2020-ci ildən bəri MHŞ beynəlxalq tərəfdaşlıqlar, strateji məhkəmə çəkişmələri və təcrübəçilərin təlimi vasitəsilə Azərbaycanda insan hüquqlarının hüquqi müdafiəsini və hesabatlılığını gücləndirmiş, ağır repressiyalar altında işləyən vəkilləri və müdafiəçiləri dəstəkləmişdir.
2025-ci ildə
Məlumatlı Olun
İşimiz və insan hüquqları qanunvericiliyindəki ən son yeniliklər barədə xəbərləri almaq üçün abunə olun.