Hüquqi Yardım

MHŞ resursları imkan verdiyi həddlərdə və hallarda insan hüquqları pozuntuları ilə üzləşən şəxslərə və vətəndaş cəmiyyəti üzvlərinə, xüsusilə dövlət orqanlarının qanunsuz hərəkətləri və ya hakimiyyət səlahiyyətlərdən sui-istifadəsi nəticəsində zərər görənlərə pulsuz hüquqi məsləhət, yönləndirmə və hüquqi dəstək göstərir.

MHŞ hüquqi qiymətləndirmə, məsləhət və yönləndirmə vasitəsilə şəxslərə milli və beynəlxalq hüquq çərçivəsində hüquqlarını və mövcud müdafiə vasitələrini anlamağa və ondan istifadə etməyə kömək edir. MHŞ zəruri və resursları imkan verdiyi hallarda isə hüquq və azadlıqların yerli və beynəlxalq səviyyədə müdafiəsini gücləndirmək məqsədilə vəkillərə və hüquq müdafiəçilərinə effektiv hüquqi müdafiənin aparılması üçün dəstək göstərir.