MHŞ 2025-ci il Ərzində AİHM Qərarlarının İcrasının Təşviqi İstiqamətində Aktiv Fəaliyyətini Davam Etdirib
2025-ci ilin yanvar–avqust ayları ərzində Müstəqil Hüquqşünaslar Şəbəkəsi (MHŞ) tərəfdaş təşkilatlarla birlikdə Azərbaycanla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) uzun müddətdir icra olunmayan qərarlarının həyata keçirilməsinin təşviqi istiqamətində fəaliyyətini davam etdirib. Bu dövr ərzində MHŞ bir sıra hallarda tərəfdaş təşkilatlarla birgə Avropa Şurası Nazirlər Komitəsinə – AİHM qərarlarının icrasına nəzarət edən əsas quruma – ən azı beş Qayda 9.2 kommunikasiyasının hazırlanması və təqdim olunmasında iştirak edib.
Təqdim edilən bu müraciətlər bir neçə mühüm iş qrupları üzrə sistemli və struktur xarakterli hüquq pozuntularını əhatə edir:
- Xədicə İsmayilova işlər qrupu – araşdırmaçı jurnalistlərə qarşı təqib və təzyiqlər, habelə ifadə azadlığının pozulması ilə bağlı məsələləri əhatə edir.
- Məmmədli işlər qrupu – siyasi motivli və əsassız həbslərlə bağlıdır (2025-ci ilin yanvar və iyul aylarında əlavə təqdimatlar edilmişdir).
- Namazov işlər qrupu – hüquq peşəsinin müstəqilliyinə təsir edən sistemli pozuntulara dair məsələləri əhatə edir.
- Ramazanova və digərləri işlər qrupu – qeyri-hökumət təşkilatlarının qeydiyyatından sistemli şəkildə imtina edilməsi və birləşmək azadlığının məhdudlaşdırılması ilə bağlıdır.
Hazırlanan Qayda 9.2 kommunikasiyaları vasitəsilə MHŞ aktual hüquqi təhlillər təqdim etmiş, davam edən icra olunmama hallarını sənədləşdirmiş və qərarların effektiv icrasını təmin etmək üçün zəruri olan konkret hüquqi və institusional tövsiyyələr irəli sürmüşdür.
Bu istiqamətdə ardıcıl fəaliyyət MHŞ-nin struktur dəyişikliklərin təşviqi, hüququn aliliyi təminatlarının möhkəmləndirilməsi və Strasburq Məhkəməsinin qərarlarının yalnız deklarativ xarakter daşımaması, əksinə, milli səviyyədə real və effektiv şəkildə həyata keçirilməsi məqsədinə olan sadiqliyini göstərir.
MHŞ 2026-cı il ərzində də bu istiqamətdə fəaliyyətini davam etdirməyi planlaşdırır və Azərbaycanla bağlı AİHM qərarlarının tam və effektiv icrasının təşviqi məqsədilə Nazirlər Komitəsinə ən azı üç yeni Qayda 9.2 kommunikasiyasının təqdim edilməsini nəzərdə tutur.
Qayda 9.2 Müraciətləri (yalnız ingilis dilində) (HUDOC linkləri):
- Xədicə İsmayılova qrupu (DH-DD(2025)87E)
- Məmmədli qrupu – Yanvar təqdimatı (DH-DD(2025)89E)
- Məmmədli qrupu – İyul təqdimatı (DH-DD(2025)885E)
- Namazov qrupu (DH-DD(2025)575E)
- Ramazanova və başqaları qrupu (DH-DD(2025)879E)
Discover more from ILN
Subscribe to get the latest posts sent to your email.