May 22, 2026

ILN, EHRAC və The Law Society Namazov qrupu üzrə vəkillərin müstəqilliyi ilə bağlı Nazirlər Komitəsinə müraciət edib

Müstəqil Hüquqşünaslar Şəbəkəsi (ILN), Avropa İnsan Hüquqlarını Müdafiə Mərkəzi (EHRAC) və İngiltərə və Uels Hüquq Cəmiyyəti (the “Law Society”) Avropa Şurası Nazirlər Komitəsinin 9–11 iyun 2026-cı il tarixli insan hüquqları üzrə iclasında baxılması üçün Namazov Azərbaycana qarşı işi qrupu üzrə AİHM qərarlarının icrası ilə bağlı 9.2 – ci Qayda üzrə yeni təqdimat göndərib.

Təqdimat Nazirlər Komitəsinin qərarların icrasına nəzarət proseduru çərçivəsində təqdim olunub və aşağıdakı işləri əhatə edir:

Təqdimat Namazov qrupu işi üzrə ümumi tədbirlərlə bağlı aşağıdakı məsələləri əhatə edir:

  • “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna edilmiş son dəyişikliklərin Avropa Konvensiyası standartlarına uyğunluğu; 
  • Vəkillərin peşə fəaliyyətini həyata keçirərkən əsassız intizam məsuliyyətinə cəlb olunmasının qarşısını alan təminatlar və intizam icraatlarının Avropa Konvensiyası və Avropa Şurası standartlarına uyğun aparılması; 
  • Vəkillərə qarşı intizam icraatları üzrə məhkəmə təcrübəsinin təkmilləşdirilməsi, bu icraatlarda ədalətlilik və tərəflərin bərabərliyi prinsiplərinə riayət olunması, məhkəmə qərarlarının əsaslandırılması və tətbiq olunan sanksiyaların proporsionallığını təmin edən effektiv təminatların yaradılması.

Namazov Azərbaycana qarşı qrupu vəkillərin peşə fəaliyyəti və dövlət orqanlarını tənqid etmələri ilə əlaqədar vəkillikdən uzaqlaşdırılması ilə bağlı işləri əhatə edir. Avropa İnsan Hüquqları Məhkəməsi bu işlərdə Avropa Konvensiyasının 8-ci və 10-cu maddələrinin pozulduğunu müəyyən edib və intizam icraatlarının müdafiəçi kimi fəaliyyət göstərən vəkillərin peşə fəaliyyətinə çəkindirici təsir göstərə biləcəyini qeyd edib.

Avropa Şurası Nazirlər Komitəsi 2025-ci ilin iyununda qəbul etdiyi CM/ResDH(2025)139 saylı Aralıq Qətnamədə Namazov və Bağırovişləri üzrə beş ildən artıq müddətdə irəliləyiş olmamasından narahatlığını ifadə edib və Azərbaycan hakimiyyətini bu işlərin təxirəsalınmadan həllinə çağırıb. Buna baxmayaraq, Elçin Namazov və Xalid Bağırova münasibətdə AİHM qərarları hələ də icra edilməyib və vəkillər Vəkillər Kollegiyasına bərpa olunmayıb. Azərbaycan hökuməti isə 2025 və 2026-cı illərdə Namazov qrupu işləri üzrə yeni fəaliyyət planı və ya hesabat təqdim etməyib.

Təqdimatda aşağıdakı əsas tövsiyələr irəli sürülür:

  • Elçin Namazov və Xalid Bağırovun Vəkillər Kollegiyasına dərhal və effektiv şəkildə bərpa edilməsi, onların vəkillikdən uzaqlaşdırılması ilə bağlı daxili məhkəmə qərarlarının ləğv olunması və hökumətin görülən tədbirlər barədə detallı məlumat təqdim etməsi; 
  • “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunda monitorinq və intizam səlahiyyətlərinin aydın, məhdud və hüquqi təminatlarla tənzimlənməsi, Kollegiyadan xaric edilmə əsaslarının dəqiq müəyyən edilməsi və vəkillərin ifadə azadlığına təsir edə biləcək qeyri-müəyyən müddəaların aradan qaldırılması; 
  • Azərbaycan Vəkillər Kollegiyasının institusional müstəqilliyinin gücləndirilməsi,demokratik və şəffaf idarəetmənin təmin edilməsi, bütün vəkillərin idarəçilikdə geniş və bərabər iştirakının təmin olunması. 

Daha ətraflı burada:


Discover more from ILN

Subscribe to get the latest posts sent to your email.