Xəbərlər
- Azərbaycan Qlobal İşgəncə İndeksinin ikinci nəşrində işgəncə üzrə yüksək risk qrupu ölkələr siyahısına daxil edilib
İşgəncəyə Qarşı Dünya Təşkilatı (World Organisation Against Torture – OMCT) 25 iyun 2026-cı il tarixində Qlobal İşgəncə İndeksinin ikinci nəşrini yayımlayıb. Bu nəşrdə indeksin əhatə dairəsi genişləndirilərək 39 ölkəni əhatə edib və Azərbaycan ilk dəfə qiymətləndirilən ölkələr sırasına daxil edilib. - ILN, EHRAC, CPJ və CFJ “Mammadli Azərbaycana qarşı” işi qrupu üzrə Avropa Şurasının Nazirlər Komitəsinə 9.2-ci Qayda üzrə yeni təqdimat göndərib
Müstəqil Hüquqşünaslar Şəbəkəsi (ILN), Avropa İnsan Hüquqlarını Müdafiə Mərkəzi (EHRAC), Jurnalistləri Müdafiə Komitəsi (CPJ) və Kluni Ədalət Fondu (CFJ) Avropa Şurası Nazirlər Komitəsinə “Məmmədli Azərbaycana qarşı” (ərizə № 47145/14) işi qrupu üzrə Avropa İnsan Hüquqları Məhkəməsi qərarlarının icrası ilə bağlı 9.2-ci Qayda üzrə yeni təqdimat göndərib. - ILN, EHRAC və The Law Society Namazov qrupu üzrə vəkillərin müstəqilliyi ilə bağlı Nazirlər Komitəsinə müraciət edib
Müstəqil Hüquqşünaslar Şəbəkəsi (ILN), Avropa İnsan Hüquqlarını Müdafiə Mərkəzi (EHRAC) və İngiltərə və Uels Hüquq Cəmiyyəti (the “Law Society”) Avropa Şurası Nazirlər Komitəsinin 9–11 iyun 2026-cı il tarixli insan hüquqları üzrə iclasında baxılması üçün Namazov Azərbaycana qarşı işi qrupu üzrə AİHM qərarlarının icrası ilə bağlı 9.2 – ci Qayda üzrə yeni təqdimat göndərib. - Vəkil Zabil Qəhrəmanovun həbs müddətinin uzadılması barədə bəyanat
Müstəqil Hüquqşünaslar Şəbəkəsi vəkil Zabil Qəhrəmanov barəsində həbs qətimkan tədbirinin müddətinin üçüncü dəfə, 2 ay müddətinə (23 iyul) qədər uzadılmasına dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 may 2026-cı il tarixli qərarını pisləyir. - Müstəqil Hüquqşünaslar Şəbəkəsi Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun 2026–2028 dövrü üçün deleqat üzv seçilib
Müstəqil Hüquqşünaslar Şəbəkəsi (MHŞ) 2026–2028 dövrü üçün Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platforması üzrə nümayəndə (deleqat) təşkilat kimi seçilmişdir və bununla da Şərq Tərəfdaşlığı regionunda insan hüquqlarının, hüququn aliliyinin və demokratik hesabatlılığın təşviqi istiqamətində fəaliyyət göstərən regional vətəndaş cəmiyyəti təşkilatları şəbəkəsinə qoşulmuşdur.